Yeni Şəhərin adı “Heydərəbad” olsun - Azər Badamov

12:03 17.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2023-cü ilin ümummilli lider “Heydər ili” olduğunu nəzərə alaraq Yaşmada tikilən yeni şəhəri Heydərəbad adlandırmaq olar”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Plenar iclasında çıxışı zamanı deputat Azər Badamov bildirib.

Deputat diqqəti Bakıda mövcud tıxac, getdikcə göydələnlərin artması və küçələrdə yaranan sıxlığa çəkib.

“Hər hansı fövqaladə hal baş verərsə yarana biləcək vəziyyəti təsəvvür etmək olar. Bu vəziyyət bir qədər əvvəl gündəmə gələn Yaşmada Gənclər şəhəri layihəsinin reallaşdırılmasını aktuallaşdırır”.

Deputat Yaşmada Gənclər Şəhərini tikərək ora universitet və digər təhsil müəssisələrinin köçürülməsi təklifi ilə çıxış edib.